Bizim uzunmüddətli və daimi məqsədimiz inşaat xidmətlərimizin həmişə müştəri tələblərinə cavab verməsidir. Hər zaman müştəri yönümlü olmaq bizim iqtisadi uğurumuzu təmin edir və şirkətimizdə bütün işləri saxlamağa imkan verir.
ELTA DEVELOPMENT QSC-nin rəhbərliyi Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi, bu sistem üzrə məqsədlərin əhəmiyyəti və onlara nail olmağın vacibliyini vurğulamaq üçün keyfiyyət siyasətini təsdiq edir və dəstəkləyir.
ELTA DEVELOPMENT Azərbaycan Respublikasının Qanunvericiliyinin və tətbiq olunan Beynəlxalq Standartların tələblərinə əsasən keyfiyyəti idarəetmə sisteminin qurulmasını təmin edir.
Effektiv idarəçilik və dəstək ilə hər bir işçiyə Keyfiyyət Siyasətinin əhəmiyyəti, onun effektivliyinə töhfə vermək məsuliyyəti və Cəmiyyətin uğuru ilə birbaşa əlaqəsi düzgün izah edilir.
ELTA DEVELOPMENT şirkətinin Keyfiyyət Siyasəti təşkilat daxilində işçilər arasında tətbiq olunur, həmçinin müvafiq maraqlı tərəflər üçün əlçatanlığı təmin edilir. Hazırki Keyfiyyət Siyasəti məqsədlərin formalaşdırılmasının əsasını təşkil edir və şirkətin inkişaf strategiyası ilə uyğunlaşdırılır.
Keyfiyyət siyasəti rəhbərliyin illik təhlil iclasında nəzərdən keçirilir.